Bakının bu ərazisində hərəkət məhdudlaşdırılacaq

Bakının bu ərazisində hərəkət məhdudlaşdırılacaq
03.04.2026 23:10 Общество

3 aprel saat 22:00-dan 4 aprel saat 07:00-dək Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan hissədə təmir işləri icra olunacaq. Bu səbəbdən ərazidə hərəkət məhdudlaşdırılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

TodayPress TV