Bakıdan Tbilisiyə gedənlərin NƏZƏRİNƏ! — Pulsuz yük daşıma qaydaları məlum oldu

Bakıdan Tbilisiyə gedənlərin NƏZƏRİNƏ! — Pulsuz yük daşıma qaydaları məlum oldu
22.05.2026 16:14 Общество

Bakı-Tbilisi-Bakı sərnişin qatarında Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq. 

TodayPress TV bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur. "Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər", - deyə məlumatda qeyd olunub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 июня 2026
Все новости