Azərbaycanda iki rəis vəzifəsindən azad olundu

Azərbaycanda iki rəis vəzifəsindən azad olundu
25.05.2026 23:30 Общество

Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin (DSK) Şərur və Culfa Rayon Statistika İdarələrinin rəisləri vəzifələrindən azad olunublar.

TodayPress TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı muxtar respublikanın DSK sədri Hüseyn Bağırov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Şərur Rayon Statistika İdarəsinin rəisi Ramiz Rəsulov və Culfa Rayon Statistika İdarəsinin rəisi Məhərrəm Məmmədov vəzifələrindən azad ediliblər.

Hələlik sözügedən idarələrə təyinat olmayıb.

TodayPress TV