Ermənistanın tranzit bəyanatı: İqtisadi çiçəklənməyə ümid...

Ermənistanın tranzit bəyanatı: İqtisadi çiçəklənməyə ümid...
12.03.2026 18:02

“44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda tamamilə yeni siyasi şərait yaranıb. Ermənistanın baş naziri bu reallığa uyğunlaşmağa və qonşuları ilə münasibətləri bərpa etməyə çalışır”.      

Politoloq Azad Məsiyev Ermənistanın Baş naziri Nikol Paşinyanın “Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının Ermənistan ərazisindən tranzit keçidini təmin etməyə hazırıq” bəyanatını TodayPress TV-yə şərh edərkən bildirib.   


O hesab edir ki, Ermənistanın gələcək taleyi birbaşa qonşu dövlətlərlə əlaqələrin normallaşmasından asılıdır. 

“Paşinyanın yürütdüyü hazırkı siyasət Rusiya ilə münasibətlərin soyumasına səbəb olur ki, bu da bir çox analitiklərin fikrincə, Qərbdən gələn təlimatlarla bağlıdır.

Ermənistan dünya iqtisadiyyatına inteqrasiya etmək istəyirsə, nəqliyyat infrastrukturunu mütləq şəkildə açmalıdır. Bu, Ermənistana imkan verər ki, həm Azərbaycan üzərindən Orta Asiyaya çıxış əldə etsin, həm də Türkiyə vasitəsilə Avropaya inteqrasiya xəttini reallaşdırsın. Bu kontekstdə rəsmi İrəvan Türkiyə ilə sərhədlərin açılmasına və nəqliyyat kommunikasiyalarının bərpasına can atır”.

Politoloq xatırladıb ki, Prezidentin razılığı ilə Azərbaycan ərazisi vasitəsilə böyük həcmdə strateji yüklərin (Rusiya və Qazaxıstandan gələn taxılın) Ermənistana daşınmasına şərait yaradılıb:

“Eyni zamanda Azərbaycan yanacağının Ermənistan bazarında satılmasına icazə verilməsi rəsmi Bakının sülh missiyasına sadiqliyinin növbəti göstəricisidir. Buna adekvat olaraq, Ermənistanın baş naziri Azərbaycan və Türkiyəyə məxsus nəqliyyat vasitələrinin Ermənistan üzərindən tranzit keçidinə şərait yaratmağa çalışır. Bu addım həm ölkəyə iqtisadi dividendlər gətirə bilər, həm də qarşılıqlı etimadın bərpasına xidmət edər. Sərhədlərin açılması və infrastrukturun bərpası bu gün Ermənistana "hava və su" kimi lazımdır”. 

A.Məsiyev hesab edir ki, regionun tam iqtisadi çiçəklənməsi üçün Zəngəzur dəhlizi mütləq şəkildə açılmalıdır:

“Bu dəhliz Azərbaycan və Türkiyə arasında ən qısa və səmərəli qurubatı yolunu (Naxçıvan üzərindən) təmin edəcək. Burada əsas məsələ yükdaşımaların və vətəndaşların təhlükəsizliyinə tam zəmanət verilməsi, həmçinin həm dəmir yolu, həm də avtomobil yollarının müasir standartlara cavab verəcək səviyyəyə gətirilməsidir. Bu istiqamətdə Ermənistan tərəfi hələ xeyli iş görməlidir”.

Ekspert yekun olaraq Paşinyanın bu çağırışlarının irəliyə doğru atılmış müsbət addımlar olduğunu, lakin real nəticələr üçün hələ görüləcək işlərin çox olduğunu vurğulayıb. 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости