Dünyanın gözü Pakistanda: Düşmənlərin görüşü necə bitəcək?

Dünyanın gözü Pakistanda: Düşmənlərin görüşü necə bitəcək?
10.04.2026 23:46

"Aprelin 11-də İslamabadda keçirilməsi gözlənilən görüşdən yüksək səviyyəli və dərhal nəticə verən bir razılaşma gözləmək realist yanaşma olmaz". 

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən bildirib.


Analitikin fikrincə, bu görüş daha çox prosesin çərçivəsinin müəyyənləşdirilməsi və ilkin etimad mexanizmlərinin formalaşdırılması istiqamətində olacaq. O vurğulayıb ki, xüsusilə də ABŞ üçün belə bir etimad yaratmaq olduqca vacibdir. Çünki İrana qarşı həm 2025-ci ildə, həm də hazırda həyata keçirilən hərbi əməliyyatlar məhz elə danışıqlar prosesinin gedişində baş verib. Onun sözlərinə görə, İranın ABŞ-yə etimad etməməsi üçün kifayət qədər səbəbi mövcuddur.

Siyasi şərhçi danışıqların gözləntiləri barədə danışarkən qeyd edib ki, əsas məqam ilk növbədə gərginliyin idarə olunması və eskalasiyanın qarşısının alınmasıdır:

"İki həftəlik atəşkəs tərəflərin hərbi yolla davamlı üstünlük əldə etməsinin çətinliyini göstərir və diplomatiyaya müəyyən məcburi qayıdışı ifadə edir. Bu mərhələdə əsas hədəf daha geniş və uzunmüddətli atəşkəs mexanizminin razılaşdırılmasıdır. Tərəflər arasında birbaşa və ya dolayı dialoqun mövcudluğu yanlış hesablamaların qarşısını almaqda müəyyən rol oynaya bilər". 

Ekspert xatırladıb ki, tərəflərin tam razılığa gəlməsi ciddi struktur maneələrlə üz-üzədir. Bir tərəfdən, ABŞ üçün əsas prioritetlərdən biri İranın regional təsir imkanlarının məhdudlaşdırılması, nüvə və ballistik raket proqramları ilə bağlı risklərin azaldılmasıdır. Digər tərəfdən, İran üçün əsas məqsəd sanksiya təzyiqlərinin yumşaldılması və suveren təhlükəsizlik maraqlarının tanınmasıdır. O bildirib ki, bu iki mövqe arasında ciddi ziddiyyət mövcuddur və bu ziddiyyətlərin qısa müddətdə tam həlli real görünmür. 


"Uranın saflaşdırılmasının dayandırılması, ballistik raket sistemlərinin məhdudlaşdırılması və proksi qüvvələrə dəstəyin kəsilməsi ilə bağlı tələblər müharibədən əvvəl də mövcud idi və İranın bu məsələlər üzrə mövqeyi dəyişməyib. ABŞ-nin bu tələblərdən geri çəkilməsi isə inandırıcı görünmür", - deyə politoloq izah edib.

R. Bayramov əlavə edib ki, İsrailin prosesə təsiri də nəzərə alınmalıdır. Onun fikrincə, İsrail bu cür danışıqlara ehtiyatla yanaşır və İranla hər hansı razılaşmaya skeptik münasibət göstərir. Bu isə ABŞ üçün həm daxili, həm də xarici təzyiqləri artıran əlavə amil yaradır. Eyni zamanda, İran daxilində də sərt xətt tərəfdarlarının hər hansı kompromisə qarşı çıxdığı məlumdur ki, bu da Tehranın danışıqlarda güzəştə getmək imkanlarını məhdudlaşdırır.

Politoloq vurğulayıb ki, danışıqların tam uğursuzluqla nəticələnməsi tərəflərin heç biri üçün arzuolunan ssenari deyil. Onun sözlərinə görə, tərəflər tam razılaşma əldə etməsələr belə, eskalasiyanın qarşısını alan minimum anlaşma çərçivəsi formalaşdıra bilərlər. Mövcud şərtlər daxilində belə yanaşma həm Vaşinqton, həm Tehran, həm də regional aktorlar üçün daha az riskli variant kimi görünür.

"İslamabad danışıqları dərhal strateji sülh müqaviləsi ilə nəticələnməsə də, daha geniş diplomatik prosesin başlanğıcı kimi qiymətləndirilə bilər", - deyə siyasi analitik fikrini yekunlaşdırıb.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 История показывает, что грядут большие конфликты — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости