SON DƏQİQƏ! Xameneinin ölüm xəbəri təsdiqləndi
İran İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei ABŞ-nin hücumları nəticəsində həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
“Fars” xəbər agentliyinin məlumatına görə, İranın Ali Rəhbərinin ailəsinin dörd üzvü, o cümlədən qızı və nəvəsi hücumlar zamanı həlak olub.
Qeyd edək ki, İran mediası Xameneinin öz ofisində həlak olduğunu yazır.