Ünal Üstel Azərbaycana gəldi

Xarici siyasət

12.06.2025 14:22

Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel Türk dünyası ilə əlaqələrin inkişaf etdirilməsi məqsədilə Azərbaycana rəsmi səfər edib.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində aş nazir Üstel Bakıda təşkil olunan Türk Dünyası Ticarət Sərgisində iştirak edəcək, Azərbaycan rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirəcək və Şuşada baş tutacaq “Çoxqütblü Dünyada: Geosiyasi İstiqamətlər və Qlobal Çağırışlar” mövzusunda beynəlxalq konfransda Şimali Kipr Türk Cümhuriyyətini təmsil edərək çıxış edəcək.

Baş nazir səfəri zamanı Azərbaycanın nəqliyyat, əmək və turizm nazirləri ilə də bir araya gələcək. Görüşlərdə nəqliyyat, turizm, sosial təminat və ticarət sahələrində əməkdaşlıq imkanları müzakirə ediləcək.

Bundan əlavə, Ünal Üstel Yeni Azərbaycan Partiyası ilə Ulusal Birlik Partiyası arasında davam edən partiyalararası əməkdaşlıq prosesi çərçivəsində YAP sədrinin müavini ilə də görüş keçirəcək.

Səfərin əsas məqsədi Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq aləmdə daha güclü təmsil olunması və Türk dünyasındakı mövqeyinin institusional şəkildə möhkəmləndirilməsidir. Bu çərçivədə atılan addımların ölkənin xarici əlaqələrinə ciddi töhfə verməsi gözlənilir.

tag: Ünal Üstel,Azərbaycan,Səfər,YAP,Todaypress.tv,