Samir Şərifov qırğız həmkarı ilə görüşdü
Xarici siyasət
08.08.2025 16:00
Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov avqustun 8-də Qırğızın Nazirlər Kabineti sədrinin müavini Edil Baysalov ilə görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Qırğızıstan prezidentlərinin qarşılıqlı etimada əsaslanan münasibətlərinin və sıx təmaslarının dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında və ardıcıl şəkildə inkişaf etməsində ən mühüm amil olduğu vurğulanıb.
İki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
S.Şərifovun həmsədri olduğu Azərbaycan-Qırğızıstan iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının növbəti iclasının cari ilin sonlarında Bakı şəhərində keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
tag: Samir Şərifov,Nazir müavini,Edil baysalov,Görüş,Todaypress.tv,