Sahibə Qafarova Malayziyaya işgüzar səfərə getdi
Xarici siyasət
16.09.2025 17:48
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 16-da Malayziyanın Kuala Lumpur şəhərinə səfərə gəlib.
Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Kuala Lumpur beynəlxalq hava limanında nümayəndə heyətini Senatın vitse-prezidenti Datuk Nur Jazlan bin Tan Sri Mohamed, Senatın katibi Muhd Sujairi bin Abdullah, Nümayəndələr Palatasının katibi Nizam Maydin bin Baça Maydin, Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə Milli Məclisin sədri Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının sessiyasında iştirak edəcək.
Sahibə Qafarovanın sessiyada çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
tag: Milli Məcli,Sahibə Qafarova,Malayziya,Səfər,Todaypress.tv,
 
        
 
                                ![[[Sahibə Qafarova:]] Bu gün parlament diplomatiyası ən mühüm əlaqə vasitələrindən birinə çevrilib](/uploads/news/6901b9b7276aa.webp) 
                                            ![[[Azərbaycan Prezidenti:]] Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır](/uploads/news/6867c7652289c.webp) 
                                            ![[[Prezident İlham Əliyev]] Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi](/uploads/news/68a321a4da854.webp) 
                                            ![Azərbaycan nümayəndə heyəti [[Beynəlxalq İqtisadi Forumda]] iştirak etdi](/uploads/news/682ae5bf82572.webp) 
                                            ![[[Şavkat Mirziyoyev]] Azərbaycanda səfərdədir](/uploads/news/68e3c743a5d0d.webp) 
                                            ![Milli Məclisdə [[mərakeşli jurnalistlərlə]] görüş oldu](/uploads/news/686695290a28a.webp) 
                                            ![Marko Rubio [[Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə]] təbrik etdi](/uploads/news/6836a2296e317.webp) 
                                            ![[[Prezident İlham Əliyev]] Monqolustan rəhbərini təbrik etdi](/uploads/news/6870b8dd2b448.webp) 
                                            ![Tahir Budaqov [[Çinin Azərbaycandakı səfiri ilə]] görüşdü](/uploads/news/689dc2c4ce610.webp) 
                                            ![[[Azərbaycan Prezidenti]]: "Dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz"](/uploads/news/68d5792912801.webp) 
                                            