Sahibə Qafarova Cənubi Afrika Respublikasına işgüzar səfərə gəldi

Xarici siyasət

01.10.2025 11:09

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına (CAR) işgüzar səfərə gedib.

TodayPress TV xəbər verir ki, Azərbaycan nümayəndə heyətini Keyptaun beynəlxalq hava limanda CAR parlamentinin İctimai nəzarət komitəsinin sədri Cedrik Tomas Frolik, Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədri səfər çərçivəsində "Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak edəcək.

S.Qafarovanın sammitdə çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

TodayPress TV

tag: Sahibə Qafarova,CAR,İşgüzar,Səfər,Todaypress.tv,

photo
photo