Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edildi - YENİLƏNDİ

Xarici siyasət

15.06.2025 17:15

Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.

TodayPress TV xəbər verir ki, görülən müvafiq tədbirlər nəticəsində Qırğızıstan diplomatik nümayəndəliyinin əməkdaşları - ailə üzvləri də daxil olmaqla, daha səkkiz nəfər (üçü böyük, beşi uşaq olmaqla) Azərbaycan tərəfə keçib. Daha 10 nəfərin təxliyəsi həyata keçirilir.

***

11:45

Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından həyata keçirilən təxliyə proseslərinə dəstək göstərir.

TodayPress TV xəbər verir ki, görülmüş müvafiq tədbirlər nəticəsində, aralarında diplomatik heyətin də olduğu 28 nəfər Qırğızıstan vətəndaşının Astara sərhəd-keçid məntəqəsindən quru yolla İrandan Azərbaycana keçəcəyi gözlənilir.

İrandan təxliyə edilən şəxslərə tibbi xidmətin göstərilməsi və səhər yeməyi ilə təmin olunmaları üçün zəruri şərait yaradılıb.

tag: Azərbaycan,Qırğızıstan,İran,Todaypress.tv,