Prezident İlham Əliyev Konqo Prezidentini təbrik etdi
Xarici siyasət
15.08.2025 11:18
Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu Nqessoya təbrik məktubu ünvanlayıb.
TodayPress TV xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Konqo Respublikasının müstəqilliyinin 65-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Azərbaycan ilə Konqo arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Sizin keçən il ölkəmizə iki səfəriniz əməkdaşlığımızın genişlənməsinə əhəmiyyətli təkan vermişdir.
Hazırda Azərbaycan ilə Konqo arasında formalaşmış dostluq münasibətləri siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli zəmin və imkanlar yaratmışdır.
Əminəm ki, Azərbaycan-Konqo əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Konqo xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
tag: Prezident,İlham Əliyev,Konqo,Məktub,Todaypress.tv,
 
        
 
                                ![Pakistan Xankəndi sammitinə görə [[Azərbaycana təşəkkür etdi]]](/uploads/news/686d4a758007a.webp) 
                                            ![[[Hikmət Hacıyev:]] "Azərbaycan regional diplomatiyada ön sıralardadır"](/uploads/news/68ed2a87c7a12.webp) 
                                            ![Braziliya [[Azərbaycan və Ermənistanı]] təbrik etdi](/uploads/news/689a1fb73d984.webp) 
                                            ![[[Ceyhun Bayramov]] ABŞ-nin Ticarət Missiyasının nümayəndələrini qəbul etdi](/uploads/news/68bead2f18304.webp) 
                                            ![[[June Soomer:]] “Bu yanaşmadan imtina etməyin vaxtıdır”](/uploads/news/683eaf241d08c.webp) 
                                            ![[[Şahbaz Şərif]] Azərbaycana səfərə yola düşdü](/uploads/news/68664bfe1766c.webp) 
                                            ![[[Kamran Əliyev:]] ABŞ-də imzalanan sülh sənədi Azərbaycanın siyasi qələbəsidir](/uploads/news/68dcd764614ec.webp) 
                                            ![[[Prezident:]] Azərbaycan nəinki Cənubi Qafqazın, bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır](/uploads/news/684e64cdc59e0.webp) 
                                            ![İlham Əliyev və Mehriban Əliyeva BMT-nin mənzil qərargahına gəldilər- [[YENİLƏNDİ]]](/uploads/news/68d2d44c05407.webp) 
                                            ![[[İlham Əliyev]] Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti ilə görüşdü](/uploads/news/68b54cc639d3b.webp) 
                                            