Prezident İlham Əliyev: Azərbaycan ilə Misir arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur
Xarici siyasət
23.07.2025 11:23
Prezident İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə bu ölkənin Prezidenti Əbdülfəttah əs-Sisini və xalqını təbrik edib.
TodayPress TV xəbər verir ki, məktubda qeyd edilib: “Azərbaycan ilə Misir arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur. Həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar əməkdaşlığımızın yeni məzmunla zənginləşməsində əhəmiyyətli rol oynayır.
Bu gün müxtəlif sahələrdə münasibətlərimizin dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq ənənəvi dostluq əlaqələrimizin, səmərəli işbirliyimizin daha da genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.
Dövlətimizin başçısı belə bir əlamətdar gündə Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.
tag: Prezident,İlham Əliyev,Misir,Təbrik,Todaypress.tv,
 
        
 
                                ![Denver şəhərində azərbaycanlılara [[ilk dəfə səyyar konsulluq xidməti]] göstərildi](/uploads/news/686e24e4cc079.webp) 
                                            ![[[Azərbaycan Prezidenti İlham Əliyev]] Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul etdi](/uploads/news/6870c06e041cb.webp) 
                                            ![[[Azərbaycan və Somali XİN]] başçıları arasında geniştərkibli görüş keçirildi](/uploads/news/6881f1f3d2ee3.webp) 
                                            ![[[Matarella:]] "İtaliya Azərbaycanla dostluqdan çox məmnundur və bunu ən yüksək səviyyəyə qaldırmaq istəyir"](/uploads/news/68dc08ea7b3fe.webp) 
                                            ![İranda ölənlər arasında azərbaycanlılar da var? [[– XİN-dən AÇIQLAMA]]](/uploads/news/684bd779cc04d.webp) 
                                            ![[[Azərbaycan lideri]] Ukraynaya işğalla barışmamağı tövsiyə etdi](/uploads/news/687bb99ebd58e.webp) 
                                            ![[[Prezident İlham Əliyev:]] Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur](/uploads/news/68e7af361af94.webp) 
                                            ![[[Azərbaycanla Çin arasında]] beynəlxalq multimodal daşımalar haqqında Saziş təsdiqləndi](/uploads/news/6855274b41e0c.webp) 
                                            ![[[Hikmət Hacıyev]] Pakistan səfiri ilə görüşdü](/uploads/news/68a6e2a918bd7.webp) 
                                            ![[[BQXK Azərbaycanda]] fəaliyyətini tezliklə dayandıracaq](/uploads/news/68ac804bcd4a8.webp) 
                                            