Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Zəfər parkını ziyarət etdi
Xarici siyasət
03.07.2025 12:47
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 3-də Bakıda Zəfər parkını ziyarət edib.
TodayPress TV xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.
Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
tag: Şavkat Mirziyoyev,Azərbaycan,Səfər,Zəfər Parkı,Todaypress.tv,
 
                                             
                                             
        
 
                                ![İspaniya Kralı [[Azərbaycan liderini]] təbrik etdi](/uploads/news/68356d2363765.webp) 
                                            ![[[İran XİN:]] Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin yenidən işlənməsini alqışlayırıq](/uploads/news/6896ef9505522.webp) 
                                            ![[[Prezident:]] Azərbaycanla Qazaxıstan arasında siyasi əlaqələr qarşılıqlı etimad ilə xarakterizə olunur](/uploads/news/68f346228fa04.webp) 
                                            ![[[Azərbaycan və Özbəkistan XİN]] başçılarının telefon danışığı oldu](/uploads/news/684ff3308851a.webp) 
                                            ![[[Ceyhun Bayramov]] ABŞ rəsmisi ilə beynəlxalq təhlükəsizliyi müzakirə etdi](/uploads/news/68dbce2052ce4.webp) 
                                            ![Cıdır düzündə [[Qarabağ atlarının paradı]] keçirildi](/uploads/news/68c941826d5a6.webp) 
                                            ![[[Prezident İlham Əliyev]] Monqolustan rəhbərini təbrik etdi](/uploads/news/6870b8dd2b448.webp) 
                                            ![Azərbaycan və Pakistan XİN rəhbərlərinin telefon danışığı oldu [[- YENİLƏNDİ]]](/uploads/news/687b5042995d7.webp) 
                                            ![[[Azərbaycanla Ukrayna]] Rusiya tərəfindən SOCAR-ın neft anbarına hava zərbələrinin endirilməsini pislədi](/uploads/news/68988fb7b412f.webp) 
                                            ![Mixail Şvıdkoy [[Mehriban Əliyevanı]] təbrik etdi](/uploads/news/68acaec728d74.webp) 
                                            