Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü oldu
Xarici siyasət
30.10.2025 20:10
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova və ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaş arasında görüş keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Milli Məclisin sədri Birləşmiş Ərəb Əmirliklərinin oktyabrın 29-da Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında yüksək səviyyədə təmsil olunmasına və Saqr Qobaşın məzmunlu çıxışına görə təşəkkür edib.
Parlamentin spikeri BƏƏ Federal Milli Şurasının sədrinin ölkəmizə ilk rəsmi səfərini yüksək qiymətləndirərək, bu səfərin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi, əməkdaşlıq imkanlarının genişlənməsi və parlamentlərarası münasibətlərin dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Sahibə Qafarova cari ilin may ayında Birləşmiş Ərəb Əmirliklərinə etdiyi rəsmi səfəri məmnunluqla xatırlayaraq, səfər zamanı keçirilən görüşlərin, aparılan danışıqların və parlamentlər arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb.
Azərbaycana ilk rəsmi səfərindən və Beynəlxalq Parlament Konfransında iştirakından məmnunluğunu bildirən BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaş ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Qonaq səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, ölkə rəhbərləri arasında qarşılıqlı hörmət, etimad və səmimi dostluq prinsiplərinə əsaslanan münasibətlərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib. Qonaq yüksək səviyyəli siyasi-iqtisadi əlaqələri müsbət qiymətləndirib, həmçinin mədəni-humanitar sahələrdə də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qanunverici orqanlar arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumuna əsaslanaraq əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.
tag: Sahibə Qafarova, BƏƏ,Saqr Qobaş,Milli Məclis, todaypress.tv,
 
        
 
                                ![[[Hikmət Hacıyev]] Avropa İttifaqının rəsmisi ilə müzakirə apardı](/uploads/news/682f79c4e09b1.webp) 
                                            ![[[Azərbaycanla İtaliya]] arasında hərbi sahədə əməkdaşlıq müzakirə olundu](/uploads/news/6881074ec61fa.webp) 
                                            ![Şimali Kipr Türk Respublikasının Prezidenti [[Azərbaycana səfərə gəldi]]](/uploads/news/68e39abc8d715.webp) 
                                            ![Böyük Britaniyanın Baş naziri [[Prezident İlham Əliyevə]] təşəkkür etdi](/uploads/news/68592ae0d01f7.webp) 
                                            ![Qasım Mohiuddin Hindistana görə [[ölkəmizə dəstək]] ifadə etdi](/uploads/news/68b5d9f303c5c.webp) 
                                            ![Polşa səfirliyi [[Müstəqillik Günü]] ilə bağlı paylaşım etdi](/uploads/news/683699c81d3e3.webp) 
                                            ![[[Prezident İlham Əliyev]] Sadır Japarova təbrik məktubu ünvanladı](/uploads/news/68b3f693379f1.webp) 
                                            ![NGBM-nin üzvləri [[Prezident İlham Əliyevi]] təbrik etdilər](/uploads/news/6899d4240904b.webp) 
                                            ![[[Qurbanqulu Berdiməhəmmədov]] Qarabağa səfər edəcək](/uploads/news/68762dc8c903f.webp) 
                                            ![[[Azərbaycan Prezidenti:]] Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır](/uploads/news/6867c7652289c.webp) 
                                            