Komissar Marta Kos Azərbaycana gələcək

Xarici siyasət

17.09.2025 16:11

Avropa İttifaqının genişlənməsi məsələləri üzrə Komissar Marta Kos sentyabrın 18-də Bakıda olacaq.

Bu barədə TodayPress TV-yə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən bildirilib. 

Qeyd edilib ki, səfər Azərbaycan-Ermənistan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq.

Diqqətə çatdırılıb ki, komissar M.Kos Azərbaycan hakimiyyəti ilə ortaq strateji maraqları, o cümlədən enerji, nəqliyyat və minalar əleyhinə mübarizə məsələlərini müzakirə edəcək. Marta Kos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Xarici İşlər Naziri Ceyhun Bayramov və İqtisadiyyat Naziri Mikayıl Cabbarov ilə yüksək səviyyəli görüşlər keçirəcək.

Komissar həm də Ağdama səfər edəcək və orada minatəmizləmə fəaliyyəti ilə məşğul olan nümayəndələrlə görüşəcək.

TodayPress TV

tag: Aİ,Komissar,Marta Kos,Səfər,Todaypress.tv,