Əli Əsədov BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşdü
Xarici siyasət
30.10.2025 18:15
Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirdiyi qeyd edilib.
Bu ilin sentyabr ayında "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə"nin imzalanması ilə Azərbaycan-BƏƏ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.
İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Parlamentlərarası münasibətlərə də toxunularaq, parlament səviyyəsində qarşılıqlı səfərlərin və hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının hərtərəfli əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığı qeyd edilib.
Görüşdə Azərbaycan ilə BƏƏ arasında ticarət-iqtisadi, investisiya, bərpaolunan enerji, neft-qaz, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub.
tag: BƏƏ ,Azərbaycan,Görüş,Əli Əsədov ,Todaypress.tv,
 
        
 
                                ![[[Matarella:]] "İtaliya Azərbaycanla dostluqdan çox məmnundur və bunu ən yüksək səviyyəyə qaldırmaq istəyir"](/uploads/news/68dc08ea7b3fe.webp) 
                                            ![[[Sahibə Qafarova]] Ana Brnabiç ilə görüşdü](/uploads/news/68d3ed0b708d0.webp) 
                                            ![Füzulidə Türkmənistanın hədiyyəsi olan [[məscid]] tikiləcək](/uploads/news/68a8635360a6c.webp) 
                                            ![[[Əli Əsədov]] Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etdi](/uploads/news/68dbc21fcddb3.webp) 
                                            ![Ərdoğan sabah [[Azərbaycana]] gələcək](/uploads/news/68e3ab791484f.webp) 
                                            ![[[Azərbaycan XİN]] Suriyaya başsağlığı verdi](/uploads/news/6859334278795.webp) 
                                            ![Ərgüc Kələntərli [[İsveçrə səfiri ilə]] görüşdü](/uploads/news/687787984b2f5.webp) 
                                            ![[[Şeyxülislam:]] Qərb ölkələrində islamofobiya narahatedici dərəcədə artıb](/uploads/news/683419edca8e2.webp) 
                                            ![Milli Məclis [[Kiqali Düzəlişini]] təsdiqlədi](/uploads/news/68db9a1508877.webp) 
                                            ![[[XİN:]] "Ermənistanın regionda sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir"](/uploads/news/68597ca7db539.webp) 
                                            