Ceyhun Bayramov Oman Sultanının xüsusi nümayəndəsi ilə görüşdü

Xarici siyasət

29.10.2025 12:25

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Omana rəsmi səfəri çərçivəsində beynəlxalq əlaqələr və əməkdaşlıq məsələləri üzrə baş nazirin müavini, həmçinin Oman Sultanının xüsusi nümayəndəsi Seyyid Əsəd bin Tariq əl-Səid ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüş zamanı tərəflər yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldilməsində, eləcə də Azərbaycan və Oman arasında siyasi və iqtisadi dialoqun genişləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.

Azərbaycan tərəfi regionda sülhün, əlaqəliliyin və davamlı inkişafın təşviqi məqsədilə çoxtərəfli platformalar çərçivəsində Omanla sıx əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.

TodayPress TV

tag: Ceyhun Bayramov,XİN,Oman,Səfər,Todaypress.tv,