Azərbaycan və Britaniya müdafiə sahəsi üzrə əməkdaşlıq planı imzaladı
Xarici siyasət
30.10.2025 15:08
Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında 2026-2027-ci illər üçün İkitərəfli Əməkdaşlıq Planı imzalanıb.
TodayPress TV xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” platformasındakı səhifəsində imzalanma mərasimdən şəkillər və məlumat paylaşılıb.
“Biz müdafiə sahəsindəki sıx əməkdaşlığımızdan və Strateji Tərəfdaşlıq çərçivəsində onun rolundan qürur duyuruq. Dünən Böyük Britaniya və Azərbaycan Müdafiə nazirlikləri arasında 2026/27-ci illər üçün müdafiə üzrə İkili Əməkdaşlıq Planı imzalanıb. Ortaq prioritetlərin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirik”, - paylaşımda deyilir.
Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycana qarşı silah embarqosunu tamamilə aradan qaldırmasından sonra müdafiə sahəsində iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar açılıb.
tag: Azərbaycan,Britaniya,MÜdafiə,Səfir,Todaypress.tv,
 
        
 
                                ![[[Prezident İlham Əliyevin]] Çinə işgüzar səfəri başa çatdı](/uploads/news/68b868753e221.webp) 
                                            ![[[Ayxan Hacızadə]] iranlı səfirlə görüşdü](/uploads/news/688912c928535.webp) 
                                            ![[[Əli Əsədov]] TDT dövlətlərinin görüşündə iştirak etdi](/uploads/news/68cbe07357c3c.webp) 
                                            ![Ədliyyə naziri [[pakistanlı həmkarı ilə]] görüşdü](/uploads/news/686fc890dfba4.webp) 
                                            ![[[Hikmət Hacıyev]] Çexiya rəsmisi ilə görüşdü](/uploads/news/684c171e75828.webp) 
                                            ![İlham Əliyev Nyu-Yorkda "Ares Management" qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüşdü-[[YENİLƏNDİ]]](/uploads/news/68d41c3c5d8c8.webp) 
                                            ![Suriyadan [[altı azərbaycanlı]] ölkəyə gətirildi](/uploads/news/68f9f18187481.webp) 
                                            ![[[Prezident İlham Əliyev:]] Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır](/uploads/news/6852716de0861.webp) 
                                            ![GlobE Şəbəkəsinin 6-cı plenar iclasında [[konstitusiya və insan hüquqları mövzusu]] müzakirə edildi](/uploads/news/682db78d1262a.webp) 
                                            ![[[Əli Əsədov]] Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etdi](/uploads/news/68dbc21fcddb3.webp) 
                                            