Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirildi
Xarici siyasət
30.10.2025 22:50
Bakı şəhərində Azərbaycan və Belarus Xarici İşlər Nazirlikləri (XİN) arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinə Azərbaycan XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Belarus nümayəndə heyətinə isə Belarus XİN-in Konsulluq baş idarəsinin rəisi Kojan Andrey Vyaçeslavoviç rəhbərlik edib.
Məsləhətləşmələrdə hər iki tərəfin xarici siyasət orqanlarının məsul əməkdaşları, Azərbaycan Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, həmçinin Belarus Xarici İşlər Nazirliyinin və bu ölkənin Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə olunub.
Məsləhətləşmələrin sonunda aparılmış müzakirələrə uyğun olaraq Protokol imzalanıb.
tag: Bakı, Belarus, XİN, Emil Səfərov, todaypress.tv,
 
        
 
                                ![[[İlham Əliyev]] Macarıstanın Baş nazirini təbrik etdi](/uploads/news/68f9d5f43eb88.webp) 
                                            ![[[Mehriban Əliyeva]] Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşdü](/uploads/news/68f141dac12d9.webp) 
                                            ![[[Azərbaycan və İran]] gömrük əməkdaşlığını gücləndirəcək](/uploads/news/68f7668550807.webp) 
                                            ![Türkiyə XİN rəhbərinin müavini [[Hikmət Hacıyev və Xələf Xələfovla görüşdü]]](/uploads/news/6900f135733a6.webp) 
                                            ![Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü oldu [[- YENİLƏNDİ]]](/uploads/news/687233412beb7.webp) 
                                            ![[[XİN:]] 107 il əvvəl Bakının azad edilməsi Azərbaycan dövlətçiliyi uğrunda mübarizədə dönüş nöqtəsi idi](/uploads/news/68c7cd6103d9b.webp) 
                                            ![[[Sahibə Qafarova]] Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış etdi](/uploads/news/6888fe804291b.webp) 
                                            ![Azərbaycan XİN ABŞ-yə [[başsağlığı verdi]]](/uploads/news/686a5a4c0e080.webp) 
                                            ![TDT-nin [[Xarici İşlər Nazirləri Şurasının iclasında]] bir sıra vacib sənədlər təsdiq edildi](/uploads/news/68e4cbbebe35f.webp) 
                                            ![[[Ceyhun Bayramov]] Aleksandr Qruşko və Rusiyanın Avropa ölkələrindəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşdü](/uploads/news/6841ba15b4c37.webp) 
                                            