Azərbaycan ABŞ-də keçirilən beynəlxalq dini simpoziumda təmsil olundu
Xarici siyasət
09.10.2025 13:48
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ABŞ-da “İnkişaf üçün yolların qurulması: Dini etiqad azadlığının regional, milli və beynəlxalq mühafizəsi” mövzusunda keçirilən 32-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda iştirak ediblər.
Dövlət Komitəsindən TodayPress TV bildirilib ki, tədbirdə çıxış edən R.Məmmədov ölkəmizdəki dini etiqad azadlığı, multikulturalizmin təşviqi və dövlət-cəmiyyət əlaqəsindən danışıb. Bildirilib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, dövlət bütün dini icmalara hörmət və dəstək göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ibadət ocaqlarının bərpası və tikintisi, dini icmalara maliyyə və institusional dəstək bu siyasətin tərkib hissəsidir. Bu siyasətin işğaldan azad olunmuş ərazilərdə də uğurla davam etdirildiyini bildirən Ramin Məmmədov vurğulayıb ki, Qarabağda zərər görmüş dini abidələr üçün yeni bir mədəni və mənəvi dirçəliş dövrü başlanıb. Bərpa işləri təkcə İslam irsinə deyil, həm də regionun zəngin tarixi irsini əks etdirən xristian abidələrinin qorunmasına xidmət göstərir. Bu, Azərbaycanın dini-mədəni müxtəlifliyi qoruyan prinsipial siyasətinin nümunəsidir.
Rektor A.Şirinov isə çıxışında dünyada mövcud olan dünyəvi dövlət modellərini şərh edib. Azərbaycanın müsəlman şərqində dünyəvi hüquq sistemini qəbul edən və fərqli din, məzhəblərə mənsub şəxslərə bərabər imkanlar verən ilk ölkə olduğunu bildirib. Rektor, həmçinin vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutu neytral və elmi yanaşmaya söykənən təhsil verir. İslamın bütün məzhəblərinin yanaşmaları obyektiv şəkildə təqdim olunur, eyni zamanda, dünya dinləri haqqında müzakirələr elmi təsvir metoduna əsaslanır. Bu baxımdan İnstitut İslam dünyasında nadir və nümunəvi model sayılır.
Komitə sədri səfər çərçivəsində, həmçinin Briqam Yanq Universitetində təşkil edilən kursda Azərbaycan dilini öyrənən tələbələrlə də görüşüb. R.Məmmədov tələbələrə Azərbaycan tarixi, mədəniyyəti, dili və ölkəmizdə mövcud olan multikultural dəyərlər barədə məlumat verib. Tələbələr isə Azərbaycana, xalqımızın tarixi və mədəniyyətinə dair məlumatları maraqla qarşıladıqlarını bildiriblər. Gələcəkdə Azərbaycan haqqında daha dərindən öyrənmək və ictimai mühiti ilə yaxından tanış olmaq arzularını ifadə ediblər.
tag: ABŞ,Simpozium,Məmmədov,Komitə,Todaypress.tv,
 
                                             
                                             
                                             
        
 
                                ![III Türk Dünyası Mədəniyyət Forumu [[2027-ci ildə]] keçiriləcək](/uploads/news/68e633d4ec484.webp) 
                                            ![[[Araz Əzimov]] İran səfiri ilə görüşdü](/uploads/news/6888616d39647.webp) 
                                            ![[[Yalçın Rəfiyev]] Ukrayna Bərpa Konfransında iştirak etdi](/uploads/news/6872cc7428b4b.webp) 
                                            ![[[Prezident]] Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdi](/uploads/news/68382b4d4d3c2.webp) 
                                            ![Kəmaləddin Heydərov [[BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının]] iştirakçıları ilə görüşdü](/uploads/news/686e7b5915d9b.webp) 
                                            ![İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir- [[YENİLƏNDİ 5]]](/uploads/news/68ece75d8a5b3.webp) 
                                            ![Prezident İlham Əliyev TDT-nin nümayəndə heyətini qəbul etdi [[- YENİLƏNDİ]]](/uploads/news/68301eea8b27c.webp) 
                                            ![Filippin Prezidenti [[Azərbaycan liderini]] təbrik etdi](/uploads/news/6835a79fafe7a.webp) 
                                            ![[[Türkiyə XİN:]] Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək](/uploads/news/684e7527e321c.webp) 
                                            ![[[Sadır Japarov]] Azərbaycana səfərə gəldi](/uploads/news/68e3acc99913d.webp) 
                                            