UEFA klublara ağır zədələnən oyunçunu əvəzləmək imkanı verdi
UEFA
12.09.2025 09:36
UEFA İcraiyyə Komitəsi 2025/2026 mövsümü üçün kişi klublarının avrokubok turnirlərinin reglamentinə dəyişiklik edib.
TodayPress TV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qaydaya əsasən, komandalara uzunmüddətli zədə və ya xəstəlik səbəbilə sıradan çıxan maksimum bir futbolçunun müvəqqəti əvəzlənməsinə icazə veriləcək.
Bu dəyişiklik əsas mərhələnin 6-cı turuna qədər qüvvədə olacaq.
Bu addım komandaların heyətində ədalətsiz azalmaların qarşısını almaq və oyunçuların əlavə yüklənməsini minimuma endirmək məqsədi daşıyır.
Qeyd edək ki, 2025/2026 mövsümünün Çempionlar Liqasının ümumi mərhələsinin oyunları sentyabrın 16-da başlayacaq. Azərbaycan çempionu “Qarabağ” Liqa mərhələsinin ilk turunda Lissabonda “Benfika” klubu ilə qarşılaşacaq.
Namiq HUN
tag: UEFA,Klub,Zədə,Oyun,Todaypress.tv,