UEFA “Barselona”ya xəbərdarlıq etdi
UEFA
04.06.2025 09:13
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) növbəti mövsüm üçün “Barselona” klubuna qarşı ciddi sanksiyalar tətbiq edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Məlumata görə, Kataloniya təmsilçisi maliyyə feyr-pley qaydalarını yenidən pozub. Klubun qeyri-maddi aktivlərin satışından əldə olunan gəlirləri düzgün hesaba almaması onların transfer imkanlarını süni şəkildə artırmasına səbəb olub.
UEFA artıq 2024-cü ilin payızında “Barselona”ya bu pozuntulara görə 500 min avro məbləğində cərimə tətbiq edib. Klub bu qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etsə də, apellyasiya təmin olunmayıb.
Pozuntular təkrar baş verərsə, “Barselona” 2025/26 mövsümünün UEFA Çempionlar Liqasının qrup mərhələsində xalların silinməsi ilə üzləşə bilər. Eyni zamanda bəzi futbolçularının turnirdə iştirak hüququndan məhrum olunması riski də var.
Qeyd edək ki, “Barselona” son mövsüm La Liqa çempionu olub, həmçinin İspaniya Kuboku və Superkubokunu qazanıb. Çempionlar Liqasında isə yarımfinal mərhələsində “İnter”ə uduzaraq mübarizəni dayandırıb.
Namiq HUN
tag: UEFA,Barcelona,La Liqa,Xəbərdarlıq,todaypress.tv,