Hakimlərimiz Konfrans Liqasında ədaləti qoruyacaq
UEFA
16.08.2025 09:00
FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA-dan yeni təyinat alıblar.
TodayPress TV xəbər verir ki, hər iki hakimimiz Konfrans Liqasında pley-off mərhəsinin oyunlarını idarə edəcək.
Əliyar Ağayev Slovakiyada Ukraynanın “Polesye” və İtaliyanın “Fiorentina” klubları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq. Ona bu işdə laysmanlar Zeynal Zeynalov və Akif Əmirli kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Elçin Məsiyev Sloveniyada “Selye” ilə Çexiyanın “Banik Ostrava” klubları arasında keçiriləcək matçı idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olacaq. Matçın dördüncü hakimi funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 21-də keçiriləcək.
Namiq HUN
tag: UEFA,Hakim,Azərbaycan,Təyinat,Todaypress.tv,
 
        
 
                                ![[[“Qarabağ”ın]] rəqibləri bəlli oldu](/uploads/news/68b0913b26c51.webp) 
                                            ![[[ÇL:]] “Qarabağ” ilk turu 10-cu yerdə başa vurdu](/uploads/news/68ccf4a777ae2.webp) 
                                            ![[[KL:]] “Sabah” “Levski”ni yoxlamadan keçirəcək](/uploads/news/68943e6985094.webp) 
                                            ![[["Qarabağ" UEFA Çempionlar Liqasında]] Liqa mərhələsinə yüksəldi](/uploads/news/68af520bd6273.webp) 
                                            ![[[“Zirə” “Hayduk”la]] heç-heçə etdi](/uploads/news/68811d570fa1d.webp) 
                                            ![UEFA [[avrokubokların pley-offunda oyunların məkanı ilə]] bağlı püşkatmanı ləğv etdi](/uploads/news/686dfd6f2da06.webp) 
                                            ![Donnarumma [[UEFA Superkubokunda]] oynamayacaq](/uploads/news/689acd4634406.webp) 
                                            ![“Çelsi” əsas futbolçularından birini [[itirdi]]](/uploads/news/68d68382a3644.webp) 
                                            ![[[ÇL:]] “Qarabağ”ın pley-offdakı mümkün rəqibləri bəlli oldu](/uploads/news/68908978836f2.webp) 
                                            ![“Benfika” [[Bruno Laje ilə]] vidalaşdı](/uploads/news/68ca471a1816e.webp) 
                                            