Yay mövsümündə Mərkəzi Asiyadan turist axını 27 %-dən çox artıb
Turizm
25.10.2025 16:20
Builki yay mövsümündə (iyun–avqust aylarında) Azərbaycana Mərkəzi Asiya ölkələrindən 68 min 21 turist səfər edib.
TodayPress TV xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,4 % çoxdur.
Mövsüm ərzində ölkəyə ən çox turist Qazaxıstandan gəlib – 34 min 238 nəfər. Bu, ötən ilin yay mövsümü ilə müqayisədə 18,2 % artım deməkdir.
İkinci yerdə Özbəkistandan gələnlər qərarlaşıb - 19 min 513 nəfər. Bu, 1 il əvvələ nisbətən 52,9 % artım deməkdir.
Üçüncü yeri isə Türkmənistandan gələnlər tutub. Bu ölkədən Azərbaycana 8 min 613 nəfər turist gəlib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,8 % çoxdur.
Son 1 ildə Tacikistandan gələnlərin sayı 2,4 dəfə artaraq 2 min 620 nəfər, Qırğızıstandan gələnlərin sayı isə 13,1 % azalaraq 2 min 109 nəfər olub.
tag: Turizm,Azərbaycan,Mərkəzi Asiya,Artım,Todaypress.tv,
 
        
 
                                ![Turizm sənayesinə [[insan alverinə qarşı]] mübarizəyə dair təlim keçirildi](/uploads/news/68f8c6449ba3a.webp) 
                                            ![Qazaxıstanda Azərbaycanın [[lüks turizm imkanları]] nümayiş olundu](/uploads/news/68cd56240db11.webp) 
                                            ![Bakıda [[beynəlxalq ekspertlər konfransı]] keçirilir](/uploads/news/68593bb18238c.webp) 
                                            ![Alanya Türkiyənin [[turizm cazibə mərkəzinə]] çevrilir](/uploads/news/68500c5ac9e2e.webp) 
                                            ![Türkiyənin [[“Ən Yaxşı Turizm Kəndi” Birgi, “Sentrum Tətbiq Mərkəzi” ilə]] Yaşıl Gələcəyə doğru addımlayır](/uploads/news/6835bd83018c4.webp) 
                                            ![İstanbulda hər dayanacaq [[unudulmaz bir səyahətdir]]](/uploads/news/6889d90859140.webp) 
                                            ![Türkmənistandan Azərbaycana [[gələn turistlərin sayı]] artdı](/uploads/news/68a87c577291e.webp) 
                                            ![[[Azərbaycan və Çin]] arasında turizm əlaqələri müzakirə olundu](/uploads/news/69025e679f908.webp) 
                                            ![İrana gedən [[Azərbaycan vətəndaşlarının sayı]] 25%-dən çox artdı](/uploads/news/682b06f2567d3.webp) 
                                            ![ATB Seul şəhərində [[şəbəkələşmə tədbiri]] keçirdi](/uploads/news/68c17550657d3.webp) 
                                            