Ermənistan siyasi bataqlıqda: Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılmasına gündəmdə...

Təhlil

10.06.2025 10:38

“Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılmasına ciddi ehtiyacı var”. 

Siyasi ekspert Azər Həsrət bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, Ermənistanın siyasəti ucbatından boğulduğunu bildirib:

“Bunu anlayır və başa düşürlər ki, sərhədlərin açılması onlar üçün tək yoldur. Ona görə də vaxtaşırı belə açıqlamalar verirlər ki, nə vaxtsa Azərbaycan və Türkiyə sərhədləri açmaq qərarı versə, tam hazır gözləyirik. Azərbaycan və Türkiyə də sərhədin açılmasını gecikdirməkdə maraqlı deyil. Biz sərhədlərin açılmasını, kommunikasiyaların bərpasını istərdik. Lakin problem ondadır ki, Ermənistan tərəfi hələ də öz kostitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasından imtina etmir. Bunu rəsmi şəkildə etməli, referendum keçirib konstitusiyanı dəyişməlidirlər. Həmçinin gerbdəki Ağrı dağını silməlidirlər. Türkiyə dağını öz gerbində əks etdirən dövlətlə sərhədi açmaz. Azərbaycan da ərazi iddiaları qaldıqca məsələnin həllini uyğun görmür. Ermənistan nəyəsə hazır olduğunu deyəcəyinə, ərazi iddialarından əl çəksin, konsititusiyasını dəyişsin ki, sülh imzalansın və kommunikasiyalar açılsın”.

Qeyd edək ki, Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan bildirib ki, DGK Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır. 

Xatırladaq ki, Akopyan daha əvvəl Ermənistanın Türkiyə ilə sərhədin açılmasına hazır olduğunu, lakin hələ konkret planın olmadığını demişdi.

Qiymət Mahir

tag: Azər Həsrət,Politoloq,Ermənistan,Sərhəd,Todaypress.tv,

photo