Zəfər Günü münasibətilə əfv olacaq? - AÇIQLANDI

Sosial

31.10.2025 11:29

Azərbaycanda 8 noyabr - Zəfər Gününün beşinci ildönümü qeyd olunacaq. Ölkə üzrə bu münasibətlə silsilə tədbirlərin, yürüşlərin və təntənəli mərasimlərin keçirilməsi planlaşdırılır.

Zəfər Günü ilə bağlı əfv sərəncamının imzalanıb-imzalanmayacağı da hazırda ictimaiyyət arasında müzakirə olunur. 

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, Əfv Komissiyasının sonuncu iclasının keçirilməsi ilə sərəncamın verilməsinə çox az vaxt qaldığını nəzərə alsaq, yaxın müddətdə əfv sərəncamının imzalanmasını gözləmirəm. 

Onun sözlərinə görə, əfv sərəncamının imzalanmasına qədər çoxmərhələli prosedurlar həyata keçirilir və bu proses müəyyən vaxt tələb edir:

"Amma qeyd edim ki, əfv sərəncamının verilməsi Prezidentin müstəsna səlahiyyətidir və onun vaxtını məhz dövlət başçısı müəyyən edir".

Əliməmməd Nuriyev sonda xatırladıb ki, bu ilin may ayında imzalanan sonuncu əfv sərəncamı çərçivəsində yüzlərlə məhkumun cəza müddəti azaldılıb, bəziləri isə tam azadlığa buraxılıb. Ümumilikdə isə Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər 70 əfv sərəncamı imzalanıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Əliməmməd Nuriyev,Konstitusiya Araşdırmalar Fondunun prezidenti,Zəfər günü,Əfv,Todaypress.tv,

photo