Vətən müharibəsi şəhidi Cavid Cabarzadənin ailəsi ziyarət olundu
Sosial
31.10.2025 11:19
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur İbrahimov şəhid Cavid Cabarzadənin Suraxanı rayonunda yaşayan ailəsini ziyarət edib.
TodayPress TV xəbər verir ki, C.Cabarzadə aprel döyüşlərinin iştirakçısı olub.
Vətən müharibəsində isə Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.
Prezident İlham Əliyevin Sərəncamları ilə Cavid Cabarzadə “Vətənə xidmətə görə” ordeni, həmçinin “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailəsinə sosial ödənişlər təyin edilib və digər sosial dəstək tədbirləri həyata keçirilib. Eləcə də, şəhid ailəsi Nazirlik tərəfindən ikiotaqlı, tam təmirli mənzillə təmin olunub.
Ziyarət zamanı şəhidimizin vətənpərvərliyindən, 44 günlük Vətən müharibəsində göstərdiyi igidliklərdən bəhs edilib.
Z.İbrahimov şəhid Cavid Cabarzadənin xatirəsinin daim əziz tutulacağı, ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını vurğulayıb.
tag: Şəhid,Ailə,Ziyarət,Görüş,Todaypress.tv,
 
        
 
                                ![Ölkə üzrə pensiyalar [[tam ödənildi]]](/uploads/news/68d2618ac4d4d.webp) 
                                            ![Aylıq pensiyaların [[orta məbləği]] 9,5 faiz artdı](/uploads/news/68ac22a75142f.webp) 
                                            ![Vətən müharibəsi iştirakçılarının [[tələbələrlə görüşü]] təşkil edildi](/uploads/news/68edf318f3049.webp) 
                                            ![[[Nəqliyyatda qiymət artımı:]] Xidmət keyfiyyəti yüksələcək?](/uploads/news/68da8c1156677.webp) 
                                            ![Sosial Xidmət Mərkəzlərində [[maarifləndirici təlimlər]] təşkil edildi](/uploads/news/68f204f743a95.webp) 
                                            ![“ASAN xidmət”in [[108 Çağrı Mərkəzinə]] 10 milyonuncu müraciət qeydə alındı](/uploads/news/68637959eba57.webp) 
                                            ![Qırğızıstanın və Kolumbiyanın səfirləri [[“ASAN xidmət”də]]](/uploads/news/68d630f93cc1e.webp) 
                                            ![Sənədləri qaydasında olmayan şəxslər sosial müavinətləri necə ala bilərlər? [[– AÇIQLAMA]]](/uploads/news/686d1e9a0d691.webp) 
                                            ![Əmək müqavilələrinin [[94%-i]] elektronlaşdırıldı](/uploads/news/6888725fe09f6.webp) 
                                            ![Cəbrayıl, [[Zəngilan və Laçında keçirilən əmək yarmarkalarında 60 vakansiya təqdim olundu]]](/uploads/news/685bfc6f8a891.webp) 
                                            