Sosial Xidmət Mərkəzlərində maarifləndirici təlimlər təşkil edildi
Sosial
17.10.2025 12:56
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sosial Xidmət Mərkəzlərində göstərilən xidmətlərdən yararlanan valideynlərə təlimlər keçilib.
TodayPress TV xəbər verir ki, təlimlər ev şəraitində terapevtik mühitin yaradılması, davranış və ünsiyyət bacarıqlarının inkişafı mövzularını əhatə edib, sosial-psixoloji və loqopedik xarakter daşıyıb.
Təlimlər zamanı mütəxəssislər sosial-psixoloji və loqopedik xidmətlərin uşaqların inkişafındakı rolu barədə ətraflı məlumat veriblər. Valideynlərə ev şəraitində uşaqları ilə edə biləcəkləri psixoloji-loqopedik oyun və texnikalar öyrədilib. Eləcə də, uşaqların psixoemosional inkişafı, ailə münasibətlərində qarşılıqlı dəstəyin və sağlam ünsiyyətin önəmi vurğulanıb.
Təşkil edilən təlimlərin məqsədi məqsədi uşaqlara göstərilən diqqət və qayğının daha da artırılması, müvafiq xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına, eləcə də sosial inklüziyasına dəstək verməkdir.
Təlimlərin sonunda valideynlərə uşaqlarla aktiv məşğul olmaları üçün əyani vəsaitlər də təqdim olunub.
tag: SXA,Mərkəz,Tədbir,Təşkil,Todaypress.tv,
 
        
 
                                ![[[İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə]] İşçi Qrupunun iclası keçirilir](/uploads/news/684be102c8b06.webp) 
                                            ![Dərdini süni intellektə danışanlara [[XƏBƏRDARLIQ: Həyatınız risk altındadır....]]](/uploads/news/684a907981023.webp) 
                                            ![Cari ilin 8 ayında [[218 Vətən müharibəsi qazisi]] yenidən aktiv həyata qayıdıb](/uploads/news/68cd2b718eee8.webp) 
                                            ![[[Leyla Əliyeva və Arzu Əliyeva]] “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü](/uploads/news/685a65b4052bd.webp) 
                                            ![Qurban bayramında [[4 gün ardıcıl iş]] olmayacaq](/uploads/news/682ee2b6a9c16.webp) 
                                            ![[[Ailə və sosial siyasət sahəsinə məsul qurum rəhbərləri]] Fəxri Xiyabanı ziyarət etdi](/uploads/news/68495de799b8f.webp) 
                                            ![Sənədləri qaydasında olmayan şəxslər sosial müavinətləri necə ala bilərlər? [[– AÇIQLAMA]]](/uploads/news/686d1e9a0d691.webp) 
                                            ![Son 8 ayda [[36 mindən çox şəxsə]] əlillik təyin olunub](/uploads/news/68be89cedc7f6.webp) 
                                            ![Qarabağ Regional DOST Mərkəzinin [[açılışından]] 2 il ötür](/uploads/news/689456e11c814.webp) 
                                            ![ƏƏSMN-nin e-xidmətlərinə [[yanvar-iyul aylarında]] 14,6 milyon müraciət edilib](/uploads/news/68a42a1912ae1.webp) 
                                            