Sosial sığorta haqları üzrə daxilolmalar 2.5 milyard manatı ötdü
Sosial
05.06.2025 14:02
2025-ci ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 579 milyon manata yaxın olub.
TodayPress TV bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz və ya 283,2 milyon manata qədər artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrünə nisbətən 13,3 faiz artaraq 1 milyard 718,5 milyon manat təşkil edib.
Qeyd edilib ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artıb və 91,9 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,9 faiz artaraq 70,3 milyon manata yaxın təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 11,2 faiz artıb və 448,6 milyon manata qədər olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq 316,5 milyon manatdan çox təşkil edib.
tag: Sığorta,Sosial,Ödəniş,Milyard,Manat,Todaypress.tv,