Qızıl niyə ucuzlaşdı? - AÇIQLAMA
Sosial
03.02.2026 17:31
Qızıl fyuçerslərinin qiyməti 19 yanvardan bu yana ilk dəfə olaraq troya unsiyası üçün 4700 dollar səviyyəsindən aşağı enib.
Bəs qızılın dəyər itirməsinin səbəbi nədir?
İqtisadçı Günay Həsənova mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, qızılın qiymətinin kəskin enməsi həm yayılan panica, həm də dolların bir növ güclənməsi ilə əlaqədardır.

"Beynəlxalq bazarlarda qızılın əsasən dollarla alınıb-satılması dolların güclənməsi fonunda qiymətlərə mənfi təsir göstərir. İnvestorların gələcək dövr üçün risk almaq istəməməsi qızıl bazarında eyni vaxtda kütləvi satışlara səbəb olub ki, bu da qiymətlərin sürətlə aşağı düşməsi ilə nəticələnib".
Ekspert qeyd edib ki, qlobal iqtisadiyyatda uzun müddət ciddi dəyişikliklər baş verməzsə, qızılın qiymətində yenidən artım müşahidə oluna bilər.
Türkan İsgəndərli
tag: Günay Hüseynova,İqtisadçı,Qızıl,Dollar,Valyuta,Birja,Todaypress.tv,
