Noyabrın ilk gününün havası açıqlandı
Sosial
31.10.2025 13:54
Azərbaycanda noyabrın 1-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə TodayPress TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-15, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.
tag: Hava,Dərəcə,Yağmursuz,Temperatur,Todaypress.tv,
 
        
 
                                ![Sonuncu paneldə [[dayanıqlı inkişafda qadınların rolundan]] danışıldı](/uploads/news/6866749929aa3.webp) 
                                             
                                            ![Sumqayıtda [[1200 abonentin qazı]] kəsiləcək](/uploads/news/68bfc2c0c0580.webp) 
                                            ![[[Ramin Məmmədov]] vətəndaş qəbulu keçirəcək](/uploads/news/688b10435ff06.webp) 
                                            ![Azərbaycanda televiziyalar boşanmalara yol açır? [[– Mütəxəssis rəyi]]](/uploads/news/68404e9817ede.webp) 
                                            ![Şərurun bəzi kəndlərində [[qaz təchizatı müvəqqəti]] olmayacaq](/uploads/news/684b142feaa0a.webp) 
                                            ![Sabah [[yağış yağacaq]]](/uploads/news/68eb7856d4261.webp) 
                                            ![Rusiyada [[Azərbaycan media agentliklərinin saytları]] bloklanıb?](/uploads/news/686649a18915b.webp) 
                                            ![Masallının [[14 kəndində]] işıq olmayacaq](/uploads/news/68d39920e916e.webp) 
                                            ![Hava yağmursuz olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/68ca73c656fd8.webp) 
                                            