Mərkəzi Nəbatat Bağında təlim keçirildi

Sosial

13.09.2025 12:15

Yenidənqurma və genişləndirmə işlərindən sonra 2024-cü ilin sonunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirakı etdiyi Mərkəzi Nəbatat Bağı ziyarətçilərin rahatlığı ilə yanaşı, təhlükəsizlik və qorunma məsələlərinə də diqqət yetirir.

TodayPress TV xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs - Mərkəzi Nəbatat Bağının təşəbbüsü ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidməti ilə birgə yanğın-taktiki təlim keçirilib.

Təlimin məqsədi yanğın zamanı qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, şəxsi heyətin bacarıqlarının artırılması və Bağ əməkdaşlarının ilkin davranış qaydaları ilə bağlı biliklərinin gücləndirilməsi olub.

Təlim planına uyğun olaraq, baş vermiş şərti yanğın yerinə operativ şəkildə çatan yanğından mühafizə bölmələri Bağın əməkdaşları ilə birgə təxliyə, kəşfiyyat və yanğının söndürülməsi əməliyyatını icra ediblər.

Təlimdən sonra FHN əməkdaşları işçilərə yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını izah ediblər.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının gələcək inkişafı ilə bağlı xüsusi proqram hazırlanır və sözügedən proqramda inkişafa dair bütün məsələlər öz əksini tapacaq.

TodayPress TV

tag: FHN,Nəbatat,Bağ,Təlim,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo