Dövlət vətəndaşlara 16,9 milyard manat ayırdı– Deputat AÇIQLADI
Sosial
31.10.2025 16:19
“2025-ci ildə Azərbaycan dövlət büdcəsindən sosial sahəyə 16,9 milyard manat vəsait ayrılır. Adambaşına düşən sosial xərclərin həcmi isə min dollara yaxınlaşır”.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, bu ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sülh anlaşması regionun inkişafı üçün yeni imkanlar açır və sosial təminat tədbirlərinin daha da genişləndirilməsi üçün maliyyə bazasını gücləndirəcək:
“Saziş regionda sabitlik və əməkdaşlıq mühitini möhkəmləndirməklə yanaşı, sosial proqramların daha səmərəli icrası üçün də əlavə imkanlar yaradır. Artıq sosial təminat tədbirlərinə ayrılan vəsaitlərin artırılması sosial rifahın davamlı yüksəlişinə şərait yaradır”.
Vüqar Bayramov qeyd edib ki, artıq aktiv sosial proqramlardan geniş əhali qrupları faydalanır:
“Hazırda ünvanlı sosial yardımdan 83 min ailə — yəni 353 min ailə üzvü — yararlanır. 600 mindən çox uşaq aktiv sosial proqramlarla dəstəklənir, 150 mindən çox uşaq isə birbaşa sosial müavinətlərdən faydalanır”.
Parlamentari sonda vurğulayıb ki, Azərbaycanın artan maliyyə imkanları insan kapitalının inkişafı üçün daha geniş imkanlar yaradır.
Qiymət Mahir
tag: Vüqar Bayramov,Deputat,Sosial,Xərc,Todaypress.tv,
 
        
 
                                ![Müraciət etməmiş [[miras şəriklərinin hüquqları]] təmin ediləcək](/uploads/news/682aed99b7f15.webp) 
                                            ![Laçına köçürülmüş [[1150 nəfər]] məşğulluq tədbirlərinə cəlb edildi](/uploads/news/684be6d56d721.webp) 
                                            ![Oktyabrın [[bütün sosial ödənişləri]] yekunlaşdı](/uploads/news/68fc815a07f07.webp) 
                                            ![Cəbrayılda [[Səyyar ASAN xidmət]] təşkil edildi](/uploads/news/68d2899f4565b.webp) 
                                            ![Ötən il maqnitudası [[5 olan üç zəlzələ]] baş verib](/uploads/news/683fe8b59cd0a.webp) 
                                            ![Vətən müharibəsi şəhidi [[Cavid Cabarzadənin]] ailəsi ziyarət olundu](/uploads/news/6904631ed97ad.webp) 
                                            ![[[Anar Əliyev]] İsmayıllıda vətəndaşları qəbul edəcək](/uploads/news/68a4258733e47.webp) 
                                            ![6 minə yaxın [[keçmiş məcburi köçkün]] Xocalı və Ağdərəyə qayıdacaq](/uploads/news/686e3fc06e820.webp) 
                                            ![Azərbaycanda [[3-cü Peşələr Festivalı]] keçiriləcək](/uploads/news/68a45e19a2727.webp) 
                                            ![Son dörd ayda [[“Könüllü DOST” proqramına]] 500-dən çox şəxs cəlb olunub](/uploads/news/683181043938d.webp) 
                                            