Bəzi ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq - AÇIQLANDI

Sosial

10.06.2025 09:24

“Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, gələn aydan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır”. 

TodayPress TV xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə öz “Facebook” hesabında yazıb. 

O bildirib ki, yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır:

“Eyni zamanda, bu, mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər. Artıq iyulun 1-dən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi (“ƏDVcashback”) geri qaytarılacaq. Yəni, mədəniyyət xidmətləri üzrə də keşbek təbiq olunacaq. Digər dəyişiklik mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməsidir”. 

Deputat, həmçinin mənfəət (gəlir) vergisi üzrə güzəştin həcminin artırılaraq 75 faiz güzəştin 90 faizə qaldırıldığını bildirib:

“Mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilib”.

Qiymət Mahir

tag: Vüqar Bayramov,ƏDV,Deputat,Vergi,todaypress.tv,

photo