Beynəlxalq axtarışa verilən şəxs Gürcüstandan ekstradisiya olundu

Sosial

31.10.2025 12:51

Azərbaycan vətəndaşı Mehdiyev Samir Salah oğlu Gürcüstandan ekstradisiya olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, İmişli rayon polis şöbəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə S.Mehdiyev Cinayət Məcəlləsinin dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarış elan olunub.

Samir Mehdiyev Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.

TodayPress TV

tag: Azərbaycan,Gürcüstan,Şəxs,Saxlanılma,Todaypress.tv,