Bayramda kökəlməmək üçün nə edə bilərik?
Sosial
19.03.2026 19:15
Bayram ziyarətlərində adətən çoxlu şirniyyat və müxtəlif təamlar təqdim olunur. Buna görə də günün digər yeməklərini daha yüngül qidalarla (salat, tərəvəz və s.) keçirmək və fiziki aktivliyi artırmaq çəki artımının qarşısını almağa kömək edir.
TodayPress TV "Haber Global"a istinadən xəbər veiri ki, bunu qidalanma və pəhriz üzrə mütəxəssis Fatma Turanlı Vardarer bildirib.
O, qeyd edib ki, aşağıdakı tövsiyələrə əməl etmək faydalıdır:
-
Sizə təqdim olunan hər şeyi yemək məcburiyyətində deyilsiniz.
-
Kiçik porsiyalarla bir və ya iki növ yemək seçmək daha az kalori qəbul etməyə kömək edir.
-
Diabet və yüksək təzyiq kimi xəstəlikləri olan şəxslər bayram boyunca şirniyyat və yağlı qidalardan uzaq durmalıdırlar.
-
Bayramdan sonra bədən quruluşundan asılı olaraq 1–5 kq arası çəki artımı müşahidə oluna bilər. Bu, adətən müvəqqəti olur. Bayramdan sonra düzgün qidalanma və idmanla artıq çəkidən qurtulmaq mümkündür. Lakin artıq çəki uzun müddət qalarsa, onu vermək daha çətin olur.
-
Az-az, amma tez-tez yeməyə çalışın. Günə mütləq səhər yeməyi ilə başlayın. Ara yeməklərdə meyvə, qoz-fındıq, kəpəkli biskvit və ya ayran kimi yüngül qidalar seçin.
-
Porsiyaları kiçildin.
-
Şəkərli qida və içkilərin, eləcə də şirniyyatların qəbulunu məhdudlaşdırın.
-
Gündə 1,5–2 litr su için.
-
Yeməklərlə birlikdə bol salat yeyin və salatlara alma sirkəsi əlavə edin.
-
Ət, toyuq və balıq kimi zülal mənbələrini sobada və ya qril üsulu ilə bişmiş şəkildə seçin.
-
Gündə 2 stəkan yoğurt, ayran və ya süd qəbul edin.
-
Yeməklərə acı bibər, kəklikotu, nanə, köri və qara istiot kimi ədviyyələr əlavə edin.
-
Hər gün bir ədəd alma, kivi və ya böyürtkən yeməyə çalışın.
-
Gündə 2 fincan yaşıl çay için, həmçinin darçınlı və zəncəfilli çaylara üstünlük verin.
-
Hər gün ən azı 30 dəqiqə sürətli gəzinti edin və bunu müntəzəm hala gətirin.
Mütəxəsis vurğulayıb ki, bu qaydalara əməl edərək bayram günlərini daha sağlam və balanslı şəkildə keçirə bilərsiniz.
Jalə Rövşən
tag: Bayram,Sağlamlıq ,Artıq çəki ,Köklük ,Todaypress.tv,
Respublika Kliniki Uroloji Xəstəxanasına direktor təyin edildi
31.10.2025
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xə...
Cari ildə tibb müəssisələrində hansı yeni şöbələr fəaliyyətə başlayıb?
11.12.2025
“Cari ildə Respublika Pediatriya Mərkəzinin tabeliyində olan Uşaq Klinik Xəstəxanasının tərkibində Yenidoğulmuşların pat...
Erkən oyanmaq ömrü uzadır
26.05.2025
Səhər saatlarında fiziki aktivlik ömrü uzadır. TodayPress TV xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.En...
İsti hava immun sisteminə təsir edir
25.06.2025
Araşdırmalara görə, həddindən artıq isti yaşlı insanların immun sistemini və bağırsaq sağlamlığını zəiflədir.TodayPress...
Bayramlarda 150 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək
18.03.2026
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb...
Culfa Regional Tibb Mərkəzinə direktor təyin edildi
16.07.2025
Culfa Regional Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyinat olub.TodayPress TV xəbər verir ki, Naxçıva...
ÜST xəbərdarlıq etdi: Yeni virus gəlir!
29.07.2025
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan “Çikunqunya” virusunun yaxın illərdə qlobal epidemiyay...
Qəhvə xəstəlik riskini azalda bilər
10.01.2026
Müntəzəm olaraq orta miqdarda qəhvə istehlakı Alzheimer, Parkinson və yaşla əlaqəli demensiya kimi neyrodegenerativ xəst...
Dünyanın ən sağlam tərəvəzi
05.12.2025
Dünyanın ən qidalı tərəvəzi müəyyən edilib. Vitamin və mineral baxımından ən zəngin məhsulun su tərəsi olduğu açıqlanıb....
Şəkərli və spirtli içkilər qaraciyər üçün təhlükəlidir
13.10.2025
Qidalanma və sağlamlıq sahəsində mütəxəssislər xəbərdarlıq edirlər ki, şəkərli qazlı içkilər və spirtli içkilər orqanizm...
