Azərbaycan Metrologiya İnstitutu III Sənaye Təhlükəsizliyi Zirvəsində təmsil olundu
Sosial
16.12.2025 11:20
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin (AISA) birgə təşkilatçılığı ilə keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsində təmsil olunub.
TodayPress TV xəbər verir ki, “Dönüş nöqtəsi” şüarı altında təşkil olunan Zirvə görüşünün məqsədi əməyin mühafizəsi və iş mühitində təhlükəsizlik tələbləri üzrə tətbiq olunan innovativ həllərin və qabaqcıl təcrübələrin müzakirəsindən ibarətdir.
Tədbirdə təşkil olunan panel müzakirələri çərçivəsində sənaye təhlükəsizliyi, SƏTƏMM və sosial məsuliyyət mövzularında diskussiyalar aparılıb. AzMİ-nin baş direktoru Xamis Seyranov I Panel - “Qırmızı xətt” müzakirəsində “Metrologiyanın sənaye sahəsində əhəmiyyəti və elektronlaşmanın tətbiqi” mövzusu ilə çıxış edib. Metrologiyanın sənaye üçün strateji rolu, eləcə də ölçmə vasitələrinin kalibrlənməsi və yoxlanılmasının məhsul keyfiyyəti ilə yanaşı, təhlükəsizliyin təmin olunması, istehsalat proseslərinin təhlükəsizliyi və resurslardan səmərəli istifadədə əhəmiyyəti vurğulanıb. Həmçinin müvafiq sahədə həyata keçirilən rəqəmsallaşma tədbirləri, ölçmə proseslərinin optimallaşdırılması, avtomatlaşdırılmış mexanizmlərin tətbiqi və süni intellekt imkanlarının ölçmə dəqiqliyinin artırılması istiqamətində yaratdığı üstünlüklər barədə ətraflı məlumat verilib.
Sözügedən paneldə AzMİ nümayəndəsi ilə yanaşı, SOCAR prezidentinin sağlamlıq və əməyin mühafizəsi üzrə müşaviri Məmməd Əlizadə, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri ofisinin Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev, "Prime Cotton" MMC-nin baş icraçı direktoru Rövşən Mahmudov və “AZCON Holding”in SƏTƏMM şöbəsinin müdiri Samir Əliyev iştirak ediblər.
tag: Azərbaycan, Metrologiya İnstitutu,Zirvə görüşü,Təmsil,Todaypress.tv,
