AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir
Sosial
31.10.2025 17:54
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.
TodayPress TV xəbər verir ki, məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə ilk görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 49 nömrəli məktəb-liseydə təşkil olunub.
Tədbirdə iştirak edən 300 şagirdə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Səhər yeməyinin faydaları” mövzusunda təqdimatlar edilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.
tag: AQTA,Sağlam məktəbli,Layihə,Tədbir,Todaypress.tv,
 
        
 
                                ![[[Tıxac probleminə çıxış yolu:]] Tramvay xətləri bərpa oluna bilər?](/uploads/news/68f230883386d.webp) 
                                            ![AZAL rəhbərliyi və kollektivi [[Hökumə Əliyevanın məzarını]] ziyarət etdi](/uploads/news/6895ec9178a46.webp) 
                                            ![Beynəlxalq axtarışda olan şəxs [[Tacikistana]] təhvil verildi](/uploads/news/6891e5474b2e4.webp) 
                                            ![34 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/685275eab7919.webp) 
                                            ![Avtobus marşrutlarına [[onlayn bilet satışı]] 2 dəfəyə yaxın artdı](/uploads/news/6871049f7d350.webp) 
                                            ![Yağış yağacaq, şimşək çaxacaq [[-SABAHIN HAVASI]]](/uploads/news/6860fd9d63491.webp) 
                                            ![[[BŞİH]] Xəzər rayonunda müşavirə keçirdi](/uploads/news/6849328c154d5.webp) 
                                            ![Hökumə Əliyevanın doğum günü ilə əlaqədar [[Bakı aeroportunda bir dəqiqəlik sükut]] elan olundu](/uploads/news/689602d7ec088.webp) 
                                            ![Paytaxtın [[üç rayonunda]] qaz olmayacaq](/uploads/news/685169ec8d1eb.webp) 
                                            ![DTX-nin Akademiyasında [[növbəti məzun buraxılışı]] oldu](/uploads/news/6868c7d2b6d04.webp) 
                                            