Ailə və sosial siyasət sahəsinə məsul qurum rəhbərləri Fəxri Xiyabanı ziyarət etdi
Sosial
11.06.2025 14:43
Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin nümayəndə heyətləri Fəxri Xiyabanda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını, Şəhidlər Xiyabanını, “Türk şəhidliyi” abidəsini və Zəfər abidə kompleksini ziyarət edərək abidələrin önünə gül dəstələri düzüblər.
Bu barədə TodayPress TV-yə Komitədən məlumat verilib.
tag: Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.tv,


