Ağdamda avtomobil traktora çırpıldı - Yaralılar var​​​​​​

Sosial

13.09.2025 22:10

Ağdamda "Hyundai" markalı minik avtomobili traktora çırpılıb.

TodayPress TV xəbər verir ki, hadisə Bərdə-Ağdam magistral yolunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərdən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

TƏBİB-dən bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13.09.2025-ci il tarixində saat 18:30 radələrində 3 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən pasiyentlərdən 1-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

tag: Ağdam, Hyundai, Avtomobil, Traktor, todaypress.tv,