ADSEA sədri Abşeron rayonunda vətəndaşlarla görüşdü

Sosial

18.03.2026 15:21

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov martın 18-də Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Abşeron, Zəngilan və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Bu barədə TodayPress TV-yə ADSEA-dan bildirilib.

Daha sonra Z.Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Müraciətlər əsasən içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna olan təlabatın ödənilməsi, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

TodayPress TV

tag: ADSEA,Zaur Mikayılov,Vətəndaş,Qəbul,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo