Zəngəzur dəhlizi “Tramp körpüsü” adlanacaq? – İDDİA
Siyasət
23.07.2025 16:43
Azərbaycan, Ermənistan və ABŞ arasında Zəngəzur dəhlizinin yaradılmasına dair memorandum razılaşdırılıb. Sənəddə layihə “Tramp körpüsü” adı ilə qeyd olunub.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın “Periodista Digital” nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, jurnalistlər “Tramp körpüsü nəqliyyat dəhlizinin yaradılması üzrə qarşılıqlı anlaşma memorandumu” adlı məxfi sənədi əldə edə biliblər:
“Bu sənəd artıq Ermənistan, Azərbaycan və ABŞ tərəfindən təsdiqlənib”, - deyə məlumatda vurğulanıb.
Memoranduma əsasən, dəhliz 42 kilometr uzunluğunda olacaq. Layihənin idarəçiliyi amerikalı özəl şirkətə həvalə olunacaq.
Nəşrin iddiasına görə, bu addım Ermənistanın Fransa və Avropa İttifaqı ilə əlaqələrini də zəiflədə bilər. “Tramp Körpüsü” layihəsi fonunda rəsmi İrəvanın Vaşinqtonun təsiri altına düşəcəyi vurğulanır.
Bu iddialara nə Ermənistan, nə də ABŞ rəsmiləri rəsmi açıqlama verib.
Töhfə Səməd
tag: Azərbaycan,Ermənistan,ABŞ,Zəngəzur dəhlizi,Todaypress.tv,