XİN rəhbəri: “52 ölkə ilə siyasi məsləhətləşmələr aparılıb”

Siyasət

26.12.2025 15:24

“Hazırda Azərbaycan tərəfindən ikitərəfli və çoxtərəfli əsasda 41 ölkə ilə ümumilikdə 191 sənəd qüvvədədir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 52 ölkə ilə xarici işlər nazirləri səviyyəsində siyasi məsləhətləşmələr aparılıb.

Nazir əlavə edib ki, Azərbaycan Respublikasının xarici ölkələrdə diplomatik nümayəndəlik şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. 2025-ci ildə Qətər Dövlətində və Oman Sultanlığında səfirliklərin fəaliyyətə başlaması nəzərdə tutulur.

O, həmçinin bildirib ki, 13 ildən sonra fevral ayında Azərbaycan Respublikasının Suriyadakı səfirliyinin fəaliyyəti bərpa edilib və Azərbaycan Respublikasının Bağdadda səfirliyinin təsis edilməsi ilə bağlı qanun qəbul olunub.

Qiymət Mahir

TodayPress TV

tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,