Vuçiçin adından verilən şam yeməyində Serbiyanın hərbi orkestri "Ay Laçın"ı ifa etdi - VİDEO

Siyasət

15.02.2026 21:46

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Prezident Aleksandar Vuçiçin adından verilən şam yeməyində Serbiyanın hərbi orkestri Azərbaycan mahnısı "Ay Laçın"ı ifa edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.

"Bu, Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jestidir", - H.Hacıyev qeyd edib.

tag: Serbiya,Ay Laçın,Azərbaycan,Hikmət Hacıyev,Todaypress.tv,