Vladanka Andreyeva: “Rəqəmsal risklərə qarşı mübarizə bütün cəmiyyətin iştirakı ilə mümkündür”
Siyasət
23.12.2025 11:58
“Uşaqların təhlükəsizliyi çağırışı yalnız bir sahənin məsuliyyəti deyil”.
TodayPress TV xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq konfransı”nda çıxışı zamanı deyib.
O qeyd edib ki, son illərdə BMT sistemi üzv dövlətlərə uşaqlara təsir edən rəqəmsal risklərə cavab vermək üçün qlobal səviyyədə fəaliyyətini gücləndirib. Xüsusilə BMT-nin Uşaq Hüquqları Komitəsinin uşaqların hüquqlarının rəqəmsal mühitdə və yeni texnologiyalar kontekstində necə şərh edilməli olduğuna dair verdiyi tövsiyələr mühüm əhəmiyyət daşıyır.
Andreyevanın sözlərinə görə, BMT hökumətləri uşaqlara yönəlik rəqəmsal siyasətlərin, onlayn təhlükəsizlik mexanizmlərinin və məsuliyyətli innovasiyaların, o cümlədən süni intellektə etik yanaşmaların formalaşdırılmasında dəstəkləyir.
BMT nümayəndəsi vurğulayıb ki, rəqəmsal mühitdə uşaqların müdafiəsi “bütün cəmiyyət yanaşması” tələb edir. Bu çərçivədə BMT-nin əsas rolunun normativ liderlik olduğunu bildirən Vladanka Andreyeva qeyd edib ki, təşkilat rəqəmsal transformasiyanın insan hüquqlarına, xüsusilə də uşaqların hüquqlarına hörmət prinsipi əsasında həyata keçirilməsi üçün qlobal standartlar və tövsiyələr müəyyən edir.
Qiymət Mahir
tag: Vladanka Andreyeva,Konfrans,Çıxış,BMT,Todaypress.tv,
