Tramp Putinə verilən müddəti azaldır: Moskva hansı addımı atacaq?

Siyasət

29.07.2025 15:59

“Tramp Rusiyaya təzyiq göstərməyə çalışsa da, Moskva güzəştə getmək niyyətində deyil” 

Politoloq Kazım Kazımov bunu ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə sülh razılaşması əldə etmək üçün verdiyi 50 günlük müddəti 10-12 günə endirməsi ilə bağlı bəyanatını TodayPress TV-yə şərh edərkən bildirib.     

Onun sözlərinə görə, Tramp hazırda Rusiyaya qarşı təzyiq siyasəti yürütməyə çalışır. Lakin Moskva bu təzyiqlərə müqavimət göstərir və hələlik bu siyasətin nəticə verdiyi görünmür.

“Rusiya hələ də bu məsələlərdə razılığa gəlmir. Müvəqqəti bir atəşkəs belə əldə olunmayıb. Bunun başlıca səbəbi isə Moskvanın hazırkı tələblərinin maksimalist olmasıdır”.

O qeyd edib ki, Kreml hazırda işğal etdiyi Ukrayna ərazilərinin Rusiya torpağı kimi tanınmasını və beynəlxalq sanksiyaların, xüsusilə əsas sanksiyaların ləğvini tələb edir. Bu isə beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunacaq bir mövqe deyil.  

Analitik hesab edir ki, Tramp bundan sonrakı dövrdə Rusiyaya qarşı müəyyən sərt ifadələr işlədə və əlavə sanksiyalar tətbiq edə bilər. Lakin o, Trampın ciddi addımlar atacağını düşünmür.

Aysel Mətləb

tag: Tramp ,Rusiya,Təzyiq,Ukrayna,Todaypress.tv,

photo