Prezident və birinci xanım Fəxri xiyabanı ziyarət etdilər
Siyasət
08.11.2025 12:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində qazanılmış Qələbənin beşinci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.
TodayPress TV xəbər verir ki, dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.
Daha sonra birinci xanım Mehriban Əliyeva Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyub.
Prezident İlham Əliyev və birinci xanım həmçinin Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı, görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsini anaraq məzarı üzərinə gül dəstələri düzüblər.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları da ziyarət olunub.
tag: Prezident İlham Əliyev ,Birinci xanım Mehriban Əliyeva ,Fəxri xiyaban,Ziyarət ,Todaypress.tv,
