Hikmət Hacıyev: Diplomatik korpusun Cəbrayıl və Zəngilana səfəri zamanı əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə yönəlib
Siyasət
31.10.2025 11:11
"Biz diplomatik korpusun üzvləri ilə birlikdə Prezident İlham Əliyevin izi ilə Cəbrayıl və Zəngilan rayonlarına səfər edirik. Səfərimizin ilk dayanacağı Horovlu kəndidir".
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.
“Ziyarət ərzində əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, eləcə də bölgədə həyata keçirilən dəmir yolu və avtomobil yolu layihələrinə yönələcək. 2020-ci il Vətən müharibəsindən bəri bu, diplomat korpusla birlikdə azad olunmuş ərazilərə bizim 20-ci səfərimizdir”, - o deyib.
tag: Hikmət Hacıyev,Diplomat,Cəbrayıl,Zəngilan,Səfər,Todaypress.tv,
