Hikmət Hacıyev Britaniyanın dövlət naziri ilə əlaqələrin genişləndirilməsini müzakirə etdi

Siyasət

05.11.2025 17:39

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Douhti ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Hikmət Hacıyev sosial mediada bildirib.

Hikmət Hacıyev görüşün strateji tərəfdaşlıq ruhunda keçdiyini qeyd edib.

Tərəflər əlaqələrin nəqliyyat, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, təhsil, müdafiə və hərbi əməkdaşlıq kimi yeni istiqamətlərdə genişləndirilməsi və dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Hikmət Hacıyev bu axşam keçiriləcək oyunda “Qarabağ” və “Çelsi” komandalarına uğurlar arzulayıb.

tag: Azərbaycan ,Hikmət Hacıyev,Avropa,Şimali Amerika, Böyük Britaniya,Todaypress.tv,